Azərbaycanda havanın temperaturu 32 dərəcəyədək yüksələcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyinin sürəti saniyədə 7-12, arabir 15 metr olacaq.
Havanın temperaturunun gecə 18-22, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında sentyabrın 15-də hava, əsasən, yağmursuz olacaq. Lakin sentyabrın 16-da bəzi yerlərdə axşam və gecə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Aran rayonlarında havanın temperaturunun gecə 17-22, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.
Mənbə: Milli.Az