Leyli və Məcnun, Tristan və İzolda, Yusif və Züleyxa, Əsli və Kərəm... Bəşər tarixində saf, əbədi eşq hekayətləri nə çox. Fəqət, indi "eşq yoxdur" deyənlər də az deyil.
Çağdaş həyatın rutinliyinin ülvi hissləri üstələdiyi vurğulanır.
Belədirmi?
Deyəsən, yox və bunu iki iranlı gənc sübut edir.
Milli.Az Tehran Times-a istinadən bildirir ki, 26 yaşlı Əhmədlə 25 yaşlı Fatimə İranın paytaxtı Tehranda yaşayırlar.
Əhmədin qolları yoxdur, Fatimə isə əlil arabasına məhkumdur.
Fəqət, onlar bəxtəvər olduqlarını deyirlər.
Çünki bir-birlərinə aşiqdirlər.
"Əhmədi həyatımdan çox sevirəm. Onsuz yaşaya bilmərəm. Əhməd də məni çox sevir. Hər gün Allaha yalvarıram ki, məni ondan ayırmasın. Ölüm gəlsə belə, mən tez ölüm ki, Əhmədi cansız görməyim", - Fatimə deyir.
Mənbə:Milli.az