Qadin.NET / Təsadüfən möhtəşəm kəşf

Təsadüfən möhtəşəm kəşf

 

Kornel Universitetində işləyən alimlər ABŞ-da dünyanın ən nazik şüşəsini hazırlayıblar, onun qalınlığı cəmisi 2 atom təşkil edir. Bu barədə 2014-cü ildə "Ginnessin Rekordlar Kitabı"nın yeni nəşrində qeyd olunacaq. Yeni material xalis qrafenin yaradılması üzrə təcrübələr zamanı əldə edilib.
Milli.Az ICTnews-a istinadəni bildirir ki, alimlər hesab edirlər ki, yeni material hava sızması nəticəsində əldə edilib.
Şüşənin mikroskopik ölçülərinə baxmayaraq, bu kəşf şüşənin strukturunu daha ətraflı öyrənməyə icazə verəcək. Sözsüz ki, materialı adi şəraitdə istifadə etmək mümkün deyil, lakin onu gələcəkdə elektronika istehsalında tətbiq etmək olar və kompüter və mobil qurğuların məhsuldarlığını nəzərəçarpacaq dərəcədə artırmaq olar.
Mənbə: Milli.Az

 

15 sentyabr 2013
GO BACK