Qazlı içkilər insan orqanizmi üçün olduqca təhlükəlidir. Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, bu faktı Yeni Zelandiyadan olan alimlər aşkar ediblər.
İndiyə qədər bu ölkədə qırmızı ət, dəniz məhsulları və pivə qadağan edilib. Bütün bunlar sidik turşusunun miqdarını artırır ki, bu da artrit xəstəliklərinə səbəb olur. Bundan başqa, insanın xüsusi genetik variantı var. Qazlı içkinin təsiri altında bu öz fəaliyyətini dəyişir.
SLC2A9 gen variantı düzgün fəaliyyət göstərdikdə qandakı sidik turşusunun böyrək vasitəsi ilə ifrazını təmin edir. Qazlı içki isə vəziyyəti tamamilə dəyişir. Həmin turşu qana qayıdır ki, bu da podaqra xəstəliyi riskini artırır.
Hər gün qəbul olunan 300 millilitr qazlı su podaqra riskini 13% artırır.
Mənbə: Milli.Az