On ildə Azərbaycanda neft və qaz kondensat hasilatı 2,8 dəfə artıb, 2003-cü ildə bu göstərici 15,38 milyon ton idisə, 2012-ci ildə 42,98 milyon ton olub.
Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən bildirilib.
2013-cü ilin yanvar-avqust aylarında Azərbaycanda neft və kondensat hasilatının həcmi 29,12 milyon ton olub ki, bu da 2012-ci ilin analoji dövründə qeydə alınan göstəricidən bir faiz aşağıdır.
Azərbaycanda neft və kondensat istehsalının əsas həcmi "Azəri-Çıraq-Günəşli" neft-qaz yatağının və xarici tərəfdaşlarla birgə işlənən "Şahdəniz" qaz kondensat yatağının payına düşür.
Öz növbəsində Statistika İdarəsindən bildirilib ki, qaz (əmtəə qazı) hasilatının həcmi on il ərzində 3,4 dəfə artıb. 2003-cü ildə bu göstərici 5,13 milyard kubmetrdisə, 2012-ci ildə 17,24 milyard kubmetr olub.
Əmtəə qazının hasilatı bu ilin yanvar-avqust ayında 11,7 milyard kubmetr olub. Ötən ilin analoji dövründə isə bu göstərici 11,41 milyard kubmetr qaz istehsal edilib.
Mənbə:Milli.az