Qadin.NET / Sumqayıtda 5 yaşlı uşaq rekord vurdu

Sumqayıtda 5 yaşlı uşaq rekord vurdu


Trend Təhsil Nazirliyinin mətbu orqanı olan "Azərbaycan müəllimi" qəzetinə istinadən bildirir ki, təhsil naziri Mikayıl Cabbarovun 17 iyul 2013-cü il tarixli 739 nömrəli əmri ilə "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları" təsdiq edilib. Yeni qaydalar 6 yaşı dekabrın 31-dək tamam olan uşaqlara I sinfə qəbul olmaq imkanı verib.
Nazirin əmrinə uyğun olaraq, Sumqayıt Şəhər Təhsil Şöbəsində də pedaqoji kollektivlərin ən nüfuzlu müəllimləri, metodist, psixoloq və həkimin daxil edildiyi komissiya yaradılıb. Sumqayıtın tarixində ilk dəfə isə 5 yaş 8 aylıq Heydər Salmanov müsahibə zamanı 20 mümkün baldan 19 bal toplayaraq birinci sinfə qəbul olunub.

Mənbə:Milli.az

13 sentyabr 2013
GO BACK