Qadin.NET / Məşhur qadının məzarı tapıldı

Məşhur qadının məzarı tapıldı


Çinin Şansi vilayətində qədimlərdə ölkənin ən nüfuzlu və zəngin qadınlarından biri olmuş xanımın məqbərəsi aşkarlanıb.

 Milli.Az AsiaOne-a istinadən bildirir ki, Syanyan şəhərində tapılan məqbərə həm də şairə olmuş, 664-710-cu illərdə yaşamış Şanqquan Vanyerə məxsusdur.
 Məqbərə beynəlxalq hava limanının yaxınlığındadır.
Qazıntı işlərinin aparıldığı yerdə arxeoloqlar çoxsaylı, dəyərli artefaktlar tapıblar.
 Şanqquan Vanyer qədim Çinin dörd ən istedadlı və nüfuzlu qadınlarından biri hesab olunur.
İmperatriça U Szetyanın sarayında baş nazir olmuş Şanqquan Vanyerinin atası və babası da əyan olublar. Onlar hakimiyyəti ələ keçirməkdə suçlanaraq edam olunmuşdular.
 Lakin daha sonra poezitik istedadı və dövlət işlərindəki bacarığı nəticəsində imperatriçanın rəğbətini qazanan Şanqquan Vanyer əvvəlcə U Szetyanın köməkçisi, sonra baş nazir olmuşdu.
 Şanqquan Vanyer 710-cu ildə imperatriçanın məşuqu Li Lonqçjinin başladığı saray çevrilişində iştirakda suçlanaraq edam edilmişdi.
Li Lonqçji sonradan Tan sülaləsindən 7-ci imperator olmuşdu.
mənbə:Milli.az
13 sentyabr 2013
GO BACK