Bakı şəhərində nəhs günün ilk əlaməti göründü. Milli.Az-ın məlumatına görə, bir neçə saat əvvəl Xətai rayonunda gənc oğlan həyatla vidalaşdı.
Bu gün saat 07 radələrində 26 yaşlı Orxan Əsgərov özünü yaşadığı evdə öldürüb. Onun meyiti mənzilin eyvanında çilçıraq üçün qarmaqdan asılmış vəziyyətdə aşkarlanıb.
Xətai Rayon Prokurorluğundan Milli.Az-a bildirildi ki, O.Əsgərovun özünə qəsd etməsinin səbəbi bilinməsə də, işsiz və subay olduğu məlumdur. Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.
Mənbə: Milli.az