Fransız mütəxəssislər Frankfurt avtosalonunda Cactus konseptini nümayiş etdiriblər. Model Citroen C3 modelinin gələcək varisinin prototipi olmalıdır.
Milli.Az 4charx.com-a istinadən bildirir ki, Citroen Cactus xarici görünüşü üçün köhnə C-Cactus konseptindən və elə bu sərgidə nümayiş etdirilən Citroen C4 Picasso modelindən bir sıra üslub cizgiləri götürüb.
Yüngül kələ-kötürlük, dar zolaq işıq diodları, böyük panorama dam, xrom. Xülasə, hər şey çox zərif görünür. Amma bu heç də bahalı model deyil. Ona "büdcə" modeli də demək olmaz. Fransızlar Renault Logan-la cürbəcür müqayisələrdən qaçmaq istəyirlər və avtomobil əgər seriyaya gedəcəksə qiymətdə yuxarı tərəfə fərqlənməli olacaq. Əvəzində onun təchizatı da "büdcə" modellərindəki kimi deyil, fərqli olacaq.
Citroen Cactus interyeri hərfən dəbdə olan müxtəlif elementlərlə "doldurulub". Məsələn, yüz faiz rəqəmli interfeys. Və ya geniş divan şəklində qabaq kürsülər. Onlar ən böyük rahatlığa imkan yaratmalı, sürücü və sərnişin arasında maneəni aradan qaldırmalıdırlar. Avtomobilin müəllifləri internetə çıxışı və həmçinin Citroen Multicity Connect portalına qoşulmağı da unutmayıblar.
Yeri gəlmişkən, Cactus konsepti yeni "S" sırasının başlanğıcını qoymalıdır. Onun əsas prinsipləri cazibədar dizayn və optimizm, münasib qiymət, texnologiyalar, həmçinin rahatlıq və istifadənin yüngüllüyü olacaq. Ümumiyyətlə isə böyük şəhərlərin orta gəlirli sakinlərinin sevdikləri hər bir şey. Belə seriya avtomobilinin birincisi isə artıq ən yaxın iki ildə işıq üzü görməlidir.
Mənbə: Milli.Az