Qadin.NET / Gözəgörünməz qatilə cavab tapıldı

Gözəgörünməz qatilə cavab tapıldı

 

 

Meymunlarda immun çatışmazlığı sindromunu aradan qaldıran peyvənd tapılıb. Milli.Az BBC-yə istinadən xəbər verir ki, Nature jurnalında dərc olunan məlumata əsasən, peyvənd olunmuş meymunlarda immun çatışmazlığını yaradan viruslar aradan qaldırır.
16 ədəd peyvənd olunmuş meymunun 9-na dərman müsbət təsir göstərib.
Amerikalı alimlər hazırda həmin peyvəndin insan üçün nəzərdə tutulan variantını  hazırlamaq niyyətindədirlər.
Oreqon universitetinin vaksinasiya və gen terapiyası institutunun professoru Luis Piker deyir ki, virusun tam məhv edilməsi çətindir. Çünki orqanizmdə həmişə viruslu hüceyrə qala bilər.
"Ancaq bu meymunlarda virus oyada biləcək heç nə tapa bilmədik", - o əlavə edib.
Tədqiqatçılar nümunə üçün VİÇ virusundan 100 dəfə daha təhlükəli olan SIVmac239 virusunu götürüblər.
Virusa yoluxmuş meymunlar adətən iki il ərzində ölürlər. Ancaq bu peyvəndin tətbiqindən sonra mənzərə tamamilə dəyişib.
Piker deyir ki, bu peyvənd orqanizmdə anticisimlərin yaranmasına gətirib çıxarır ki, bu da canlını həmin virusdan qoruyur. 
Mənbə: Milli.Az

13 sentyabr 2013
GO BACK