Qadin.NET / Hava haqqında - 13.09.2013

Hava haqqında - 13.09.2013

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.
Temperatur gecə 16-20°, gündüz 23-27° isti, Bakıda gecə 18-20°, gündüz 24-26° isti olacaq.
Atmosfer təzyiqi norma daxilində 762 millimetr civə sütunu, nisbi rütubət isə gecə 85-95, gündüz 65-75 faiz təşkil edəcək.
Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran və Bilgəhdə 21-22°, Zuğulba, Buzovna, Mərdəkan və Şüvəlanda 22-23°, Türkan, Hövsan, Şıx və Sahildə 23-24° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə yağış yağacağı və səhər tədricən kəsiləcəyi, gündüz havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 11-16°, gündüz 26-31° isti olacaq.


Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə yağış yağacağı, duman olacağı, səhər yağışın tədricən kəsiləcəyi, havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 6-11°, gündüz 18-23° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
bəzi yerlərdə yağış yağacaq, səhər tədricən kəsiləcək.

Temperaturun gecə 12-17°, gündüz 23-28° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
arabir yağış yağacaq, gündüz tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Temperaturun gecə 10-15°, gündüz 20-25° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gün ərzində havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Temperatur gecə 15-20°, gündüz 23-28° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış yağacaq, səhər dağlarda duman olacaq.
Temperaturun gecə 17-20°, gündüz 22-27° isti, dağlarda gecə 9-14°, gündüz 16-21° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz
Yaxın iki gün ərzində Abşeron yarımadasında temperaturun normal sutkalıq gedişi, meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olacaq.

Mənbə: Milli.Az

13 sentyabr 2013
GO BACK