Qadin.NET / Azərbaycanda son iki ildə qoyulan ən məşhur adlarla bağlı rəsmi açıqlama

Azərbaycanda son iki ildə qoyulan ən məşhur adlarla bağlı rəsmi açıqlama

 

 

 

 

Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi Azərbaycanda son iki il ərzində uşaqlara ən çox qoyulan adları açıqlayıb.

Trend-in sorğusuna cavab olaraq, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin açıqladığı siyahıda ilk "altılığ"a düşən adlar yer alıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 в„–-li qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları" qüvvəyə mindikdən sonra ardıcıllıqla ən populyar kişi adları Yusif, Əli, Hüseyn, Məhəmməd, Ömər və Murad olub.

Ən məşhur qadın adları isə ardıcıllığına görə Zəhra, Nuray, Fatimə, Ayan, Zeynəb və Aylin olub.

Xatırladaq ki, 2012-ci il üçün açıqlanmış rəsmi məlumatlara görə də yuxarıda qeyd edilən adlar ən məşhur adlar siyahısında yer almışdı. Belə ki, rəsmi açqlamaya görə, ötən il Azərbaycanda ən populyar kişi adları Yusif, Əli, Hüseyn və Məhəmməd, ən məşhur qadın adları isə Zəhra, Nuray, Fatimə və Aylin adları olub.

 

Mənbə: Trend.az

12 sentyabr 2013
GO BACK