İslamofobiya insan hüquqlarının pozulması deməkdir və genişmiqyaslı etniklərarası və dinlərarası problemlərə səbəb olur. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Baş nazirinin müavini Bülənt Arınç deyib.
Arınç bildirib: "İslamofobiya cəmiyyətdə düşmənçiliyi yayan virus kimidir".
Onun sözlərinə görə, müsəlman ölkələri islamofobiyaya qarşı birgə mübarizə aparmalıdır: "Yalnız bu halda cəmiyyətdə bu anlayışın kökünü kəsməyə nail olmaq olar".
Mənbə: Trend.az