Qadin.NET / Britaniyanın nüfuzlu jurnalında Azərbaycanın bəzi rayonlarının Ermənistan tərəfindən işğalından 20 il ötməsi barədə elan yerləşdirildi

Britaniyanın nüfuzlu jurnalında Azərbaycanın bəzi rayonlarının Ermənistan tərəfindən işğalından 20 il ötməsi barədə elan yerləşdirildi

 

 


Avropa Azərbaycan Cəmiyyəti Britaniyanın aparıcı siyasi jurnallarından biri olan olan "The House Magazine" jurnalının sentyabr buraxılışında Azərbaycanın bəzi rayonlarının Ermənistan tərəfindən işğalından 20 il ötməsi barədə elan yerləşdirib.
Trend-in məlumatına görə, bu barədə Avropa Azərbaycan Cəmiyyətindən bildirilib.
Məlumatda bildirilir ki, elan Ağdam, Füzuli, Qubadlı və Zəngilanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından, yüz minlərlə azərbaycanlının öz yurdundan didərgin düşməsindən və BMT Təhlükəsizlik Şurasının hələ də yerinə yetirilməyən 4 qətnaməsinin qəbulundan 20 il ötdüyünü vurğulayır.
Məlumatda bildirilir ki, sözügedən jurnal bütün deputatlara, lordlara və Britaniyanın əsas üç partiya konfranslarında iştirak edən nümayəndə heyətlərinə paylanır.
Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter bildirib: "The House Magazine" jurnalı çox oxunan və nüfuzlu jurnaldır. Sözügedən elan Britaniya siyasətçilərinə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı və 20 ildir evlərinə qayıda bilməyən qaçqınlar və məcbur köçkünlərin faciəsi barədə xatırladacaq" .

Mənbə:Milli.az

12 sentyabr 2013
GO BACK