Qadin.NET / Gün var, əsrə bərabər: Ötənləri yada salaq

Gün var, əsrə bərabər: Ötənləri yada salaq

 

 

Milli.Az Anspress-ə istinadən sentyabrın 12-də baş verən əlamətdar hadisələrə nəzər salır 
Miladi: 12 sentyabr 2013
Hicri: 06 Zülqədə 1434
İlin 255-ci günü
İlin sonuna 110 gün qalır
Bu günün namaz vaxtları 
Fəcr - 06.06
Günəş - 07.17
Zöhr - 13.41
Əsr - 17.45
Məğrib – 20.12
İşa – 21.31
1504 – Kolumb dünya səyahətinə başlayır.
1723 – Rus qoşunu Xəzərətrafı rayonları və Bakını işğal edir.
1799 – Dərbənd şeyxi Əli xan rus vassallığını qəbul edir.
1887 – Azərbaycan dövlət adamı və yazıçısı Yusif Vəzir Çəmənzəminli anadan olub. (ö:1943)
1952 – Çeçen lider Zəlimxan Yandarbiyev anadan olub. 
1953 – Xruşşov SSRİ rəhbəri seçilir.
1959 – LUNA-2 kosmik raketinin buraxılışı.
1966 – Əslən Cənubi Azərbaycandan olan Amerika vətəndaşı kosmosa gedən ilk qadın Anuşe Ənsari anadan olur.
1980 – Türkiyədə ordu hakimiyyəti ələ alır. Cümhuriyyət tarixində üçüncü dəfə ordu siyasi hakimiyyətə açıq şəkildə müdaxilə edir.
1980 - Türkiyənin baş qərargah rəisi general Kənan Evren hərbi çevriliş ilə dövlət idarəsini ələ keçirib.
2001 – Yazıçı, tərcüməçi, 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Məşhur "Eşitdiklərim, oxuduqlarım, gördüklərim" kitabının müəllifi Manaf Süleymanov vəfat edib.
2008 – BMT Baş Məclisinin 62-ci sessiyası çərçivəsində Azərbaycan tərəfindən irəli sürülmüş "Sənaye sahələrində şəffaflığın artırılması" adlı qətnamə qəbul edilib.
2008 – Bakıda özbək şairi Əlişir Nəvainin abidəsi qoyulub. Açılış mərasimində Özbəkistan prezidenti İslam Kərimov da iştirak edib.
Mənbə: Milli.Az

12 sentyabr 2013
GO BACK