Qadin.NET / Yeni quş qripi pandemiyaya çevrilə bilər

Yeni quş qripi pandemiyaya çevrilə bilər

 

 

Çində artıq onlarla adamın ölümünə səbəb olan H7N9 yeni quş qripi virusu insandan-insana yüksək sürətlə yoluxmaq və epidemiyaya çevrilmək qabiliyyətinə məlikdir. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə "American Journal of Pathology"də dərc olunan niderlandlı alimlərin araşdırmasında deyilir.
H7N9 virusu bir neçə mutasiyadan sonra ümumdünya epidemiyasına səbəb ola bilər. Alimlər bu virusu araşdırarkən müəyyən ediblər ki, H7N9 asanlıqla tənəffüs orqanlarının aşağı hissələrinə yerləşə bilər.
Mənbə: Milli.Az

12 sentyabr 2013
GO BACK