19 yaşlı Avstraliya sakini Rayan Kempbell "Ginnesin rekordlar kitabı"na düşüb. Milli.AzDay.az saytına istinadən bildirir ki, o, təkbaşına bütün dünyanın üzərindən uçub.
Gənc pilot iyunun 30-da Avstraliyanın Vullonqonq şəhərindən havaya qalxıb. 200 saat ərzində pilot kabinəsində qalıb. Bu vaxt ərzində 14 ölkənin üstündən uçub.
Mənbə: Milli.Az