Azərbaycan Respublikası Prezidentini İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2013-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, sərəncamla 1995-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olan, habelə 1978-1994-cü illərdə doğulan, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları 2013-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Daha sonra Prezident İlham Əliyev xidmət müddətini keçmiş hərbi qulluqçuların ehtiyata buraxılması haqqında sərəncam verib. Hərbi müddətini keçmiş hərbi qulluqçular sərəncamla 2013-cü il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılacaq.
Mənbə: Lent.az