Qadin.NET / İsveçrə ATƏT PA-ya sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş olacağına ümid edir

İsveçrə ATƏT PA-ya sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş olacağına ümid edir

 

İsveçrə gələn ildən etibarən ATƏT Parlament Assambleyasına sədrlik edəcəyi dönəmdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində əhəmiyyətli irəliləyişlərin olacağına ümid edir.

Trend-in məlumatına görə, bu barədə İsveçrənin ölkəmizdəki yeni səfiri Paskal Ebişer çərşənbə günü Milli Məclis sədrinin müavini Bahar Muradova ilə görüşündə bildirib.

P.Ebişer iki ölkə arasında iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsi üçün böyük zəmin olduğunu qeyd edib. Səfir regionda neft və təbii qaz ixracatı ilə bağlı həyata keçirilən qlobal layihələrdə qarşılıqlı əməkdaşlıqdan söz açıb.

B.Muradova ATƏT PA çərçivəsində İsveçrənin daim Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini qeyd edib: "Ölkəmiz İsveçrənin balanslı və dinc siyasətini hər zaman təqdir edir. Biz Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlarda bu ölkənin dəstəyinə böyük ümidlər bəsləyirik".

Vitse-spiker Azərbaycanın qaçqın və məcburi köçkünlərlə bağlı problemlərinin həllində İsveçrə təşkilatlarının göstərdiyi yardımlara görə minnətdarlığını da bildirib.

 

Mənbə: Trend.az

11 sentyabr 2013
GO BACK