Qadin.NET / İranın ali dini lideri ABŞ-ı tənqid etdi

İranın ali dini lideri ABŞ-ı tənqid etdi

 

 


APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, ayətullah Əli Xameneyi bildirib ki, islam ümmətinin düşmənləri hər gün Pakistan, Əfqanıstan, İraq, Suriya və Bəhreyndə yüzlərlə günahsız insanın ölümünə səbəb olur: 
“Belə ki, hegemon dövlətləri və supergüclər, xüsusilə ABŞ öz qanunsuz maraqları naminə ölkələri viran qoymaqdan və insanları öldürməkdən heç çəkinmirlər”.
İranın ali dini lideri Suriyadakı proseslər və son bir neçə həftədə ABŞ-ın müharibə təhdidlərinə də toxunub: “Onlar özlərinin, sionistlərin və kapitalistlərin milli maraqlarından çıxış edirlər. Hətta bunun üçün bölgəni atəşə verməyə və digər ölkələrin, xalqların mənafelərini tapdalamağa hazırdırlar. Fikrimcə, ABŞ-ın Suriyaya qarşı yeni yanaşması daha ciddi siyasi oyundur. Əgər belədirsə, ABŞ-ın son həftələrdəki məsələyə yanaşması əsassız və səhv deməkdir”.

Mənbə:Milli.az

11 sentyabr 2013
GO BACK