Qadin.NET / Prezident İlham Əliyev: "Azərbaycanda təhsilin səviyyəsi elə yüksək olmalıdır ki, heç kim daha xaricə getməsin, buna ehtiyac olmasın"

Prezident İlham Əliyev: "Azərbaycanda təhsilin səviyyəsi elə yüksək olmalıdır ki, heç kim daha xaricə getməsin, buna ehtiyac olmasın"

 

 

"Gənclər də gedib xaricdə oxuyurlar. Mən bunu alqışlayıram. Ancaq o vaxt da demişəm, bu gün də demək istəyirəm və öz nümunəmlə bunu təsdiq edirəm ki, elə şərait yaratmalıyıq ki, uşaqlar Azərbaycanda təhsil alsınlar. Azərbaycanda təhsilin səviyyəsi elə yüksək olmalıdır ki, heç kim daha xaricə getməsin, buna ehtiyac olmasın".
 Milli.Az AzərTAc-a istinadən bildirir ki, Azərbaycan Respublikasının prezidentiİlham Əliyev bu sözləri Ağdam rayonundan məcburi köçkün, şəhid ailəsiSəfurə Hüseynovanın ailə üzvləri ilə çay süfrəsi ətrafında söhbət edərkən deyib.
 S.Hüseynova Prezident İlham Əliyevi oğlu Heydərin ali təhsil müəssisəsinə qəbul olunması münasibətilə təbrik edib: "Fürsətdən istifadə edib balanızın, - o, bizim də balamızdır, - Heydərin ali məktəbə daxil olması münasibətilə Sizi təbrik edirəm. Arzu edirəm ki, o, babasının və Sizin davamçınız olsun. Biz Sizi çox sevirik. Siz öz balanızın məhz Azərbaycanda təhsil almasını istədiniz. Sizə bu sadəliyinizə, səmimiyyətinizə görə minnətdarıq".
 Dövlət başçısı təbrikə minnətdarlıq edərək söyləyib: "Sağ olun, bu, doğrudan da vacib məsələdir. Mən çox istəyirəm ki, Azərbaycan gəncləri Azərbaycanda təhsil alsınlar. Mənim oğlum da orada məktəbdə Bakıda oxuyub, ali məktəbdə də Azərbaycanda oxuyacaqdır. Düzdür, mənim bir neçə il bundan əvvəlki təşəbbüsümlə biz gəncləri oxumaq üçün xaricə göndəririk, vəsait də ayrılır. Bu binaların tikintisi üçün vəsait ayıran Dövlət Neft Fondu, eyni zamanda, xaricdə təhsil almaq üçün hər il təxminən 30 milyon manat vəsait ayırır.
 Gənclər də gedib xaricdə oxuyurlar. Mən bunu alqışlayıram. Ancaq o vaxt da demişəm, bu gün də demək istəyirəm və öz nümunəmlə bunu təsdiq edirəm ki, elə şərait yaratmalıyıq ki, uşaqlar Azərbaycanda təhsil alsınlar. Azərbaycanda təhsilin səviyyəsi elə yüksək olmalıdır ki, heç kim daha xaricə getməsin, buna ehtiyac olmasın. Tədricən biz bu məqsədlərə də çatırıq. Əlbəttə, mən şadam ki, Prezident kimi bu sahədə də hesab edirəm, bir yol göstərirəm. Xaricdə oxumağın müsbət tərəfləri kimi, mənfi tərəfləri də vardır. Uşaqlar Vətəndən, ailələrindən ayrılırlar, başqa mühitdə yaşayırlar. Biz isə çalışmalıyıq təhsilin səviyyəsi elə yüksək olsun ki, bu uşaqlar, tələbələr Azərbaycanda oxusunlar, necə deyərlər, öz milli köklərindən ayrılmasınlar, milli ruhda böyüsünlər, tərbiyə alsınlar. Bax sizin balalarınız da indi bu gözəl məktəbdə oxuyacaqlar. Yaxşı oxusalar, ali məktəbə qəbul olunacaqlar. Bizə vətənpərvər gənclər lazımdır".
Mənbə:Milli.az
11 sentyabr 2013
GO BACK