Azərbaycan Nazirlər Kabineti Bakı şəhərinin Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən 1 nömrəli Ailə tipli kiçik qrup evinin Təhsil Nazirliyinin tabeliyinə verilməsi barədə qərar verib.
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bu qərar Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 mart tarixli 1386 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"nın 6-cı hissəsinin 10-cu bəndinə əsasən və Təhsil və Maliyyə nazirliklərinin razılaşdırılmış təklifi nəzərə alınmaqla verilib.
1 nömrəli Ailə tipli kiçik qrup evinin maliyyələşdirilməsi 2013-cü il dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçiriləcək.
Mənbə:Milli.az