Qadin.NET / Xələf Xələfov: "Xəzərin statusu ilə bağlı bütün məsələlər Xəzəryanı ölkələr arasındakı dostluq və əməkdaşlıq ruhuna uyğun həllini tapa bilər"

Xələf Xələfov: "Xəzərin statusu ilə bağlı bütün məsələlər Xəzəryanı ölkələr arasındakı dostluq və əməkdaşlıq ruhuna uyğun həllini tapa bilər"

 

 


Trend-in məlumatına görə, bunu çərşənbə günü Bakıda keçirilən Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə İşçi qrupun xarici işlər nazirləri müavinləri səviyyəsində 33-cü iclasında çıxışı zamanı Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
X.Xələfov qeyd edib ki, Xəzər dənizinin hüquqi statusunu tamamilə razılaşdırmaq üçün çox vacib məsələlər vardır ki, bunlar təhlükəsizliyə, Xəzərin su səthinin istifadə məsələlərinə aid problemlər, eyni zamanda Xəzər dənizinin mineral ehtiyatlarının istifadəsi və dibinin bölünməsi ilə bağlı məsələlərdir. Bioloji resursların istifadə olunması və qorunması məsələləridir. Bunların hamısı statusla bağlı gündəlikdə duran vacib məsələlərdir və bizim əsas səylərimizi özündə cəmləşdirir: "Mən nümayəndə heyətlərinə bir daha xatırlatmaq istəyirəm ki, Bakı sammitində imzalanmış, qəbul olunmuş təhlükəsizlik sahəsində əməkdaşlıq sazişinin ratifikasiya prosesinin məhsuldar başa çatdırılması istiqamətində işlərimizi davam etdirməliyik".
X.Xələfov eyni zamanda, İşçi qruplarının iclaslararası çoxtərəfli və ikitərəfli məsləhətləşmələrin əhəmiyyətli olduğunu qeyd edib.
XİN rəsmisi deyib ki, bioloji resursların istifadə olunması və qorunması ilə bağlı saziş layihəsinin tezliklə razılaşdırılmasının başa çatdırılması, onun qəbul olunması Xəzəryanı ölkələrin qarşısında duran vacib və prioritet məsələlərdir: "Onu da xüsusi qeyd etməyə dəyər ki, Xəzərin ekologiyasına həsr olunmuş konvensiyanın qəbul olunması vaxtının ildönümüdür. Bu sahədə Xəzəryanı dövlətlər arasında əməkdaşlıq normal vəziyyətdə inkişaf etməkdədir, xüsusilə də bu konvensiyanın əməkdaşlığını əlaqələndirən katibliyinin fəaliyyətə başlamasının prinsiplərinin razılaşdırılması Xəzəryanı ölkələrin ekoloji sahədə əldə etdiyi nailiyyətlərindən sayıla bilər. Xəzəryanı ölkələr arasında çox səmərəli əməkdaşlıq münasibətləri qurulub və bütün ölkələrin arasında mövcud olan dostluq, qarşılıqlı anlaşma və hörmət münasibətləri və bu münasibətlərin durumu imkan verir ki, Xəzərə aid olan bütün məsələləri dövlətlər arasında dostluq və əməkdaşlıq ruhunda tezliklə həllinə nail ola bilək. Xəzər dənizində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi sahilyanı ölkələrin bilavasitə iştirakı və təşəbbüsü ilə həyata keçirilir, bu əməkdaşlıq çərçivəsində əldə edilən nailiyyətlər bütün Xəzəryanı dövlətlərin mənafeyinə xidmət edir. Beş XУ™zУ™ryanı ölkУ™nin arasında strateji У™hУ™miyyУ™t daşıyan iqtisadi layihУ™lУ™r bütün XУ™zУ™ryanı ölkУ™lУ™rin vУ™ onların xalqlarının gУ™lУ™cУ™k inkişafına imkan verУ™cУ™k".

Mənbə:Milli.az

11 sentyabr 2013
GO BACK