Qadin.NET / Apple iki yeni iPhone-u təqdim etdi

Apple iki yeni iPhone-u təqdim etdi

 

ABŞ-ın Apple korporasiyası dünən iki yeni smartfonunu - iPhone 5S və iPhone 5C-ni təqdim edib.
Milli.Az Gizmodo-ya istinadən bildirir ki, daha ucuz qiymətə satılacaq iPhone 5C 5 rəngli - yaşıl, sarı, göy, çəhrayı və ağ - korpuslarda satılacaq.
Halbuki Apple korporasiyası smartfonlarını indiyədək yalnız ağ və qara rənglərdə satırdı.
Ucuz iPhone-ların korpusları plastikdən hazırlanıb.
iPhone 5 texniki göstəricilər baxımından iPhone 5-dən fərqlənmir. Yeni və ucuz smartfonda da Apple A6 prosessoru, 4 düymlük ekran və 8 meqapiksellik kamera var.
Smartfon LTE şəbəkəsində də çalışır.
Daha bahalı iPhone 5S şüşə və alüminiumdan hazırlanıb. Bu smartfon qara, ağ və qızılı rəngli korpuslarda satılacaq.
Yeni smartfonda sahibinin barmaq izlərinin skaner olan Touch ID (skaner smartfonun "Home" düyməsindədir) və Apple A7 prosessoru var.
Daily Mail bildirir ki, aparatda seriya fotoçəkilişi, 120 kadr/saniyə sürətli, 720p keyfiyyətli videoçəkiliş imkanları da var.
iPhone 5S-in batareyası 3G şəbəkədə 10 saat danışığa, 40 saat musiqi dinləməyə çatır.
ABŞ-da iPhone 5C-in 16 qeqabayt yaddaşlı variantı 2 illik operator müqaviləsi ilə 99 dollara, 32 qeqabaytlıq modeli isə 199 dollara satılacaq.
iPhone 5S-in 2 illik operator müqaviləli modelləri müvafiq olaraq 199-399 dollardır.
Smartfonlar sentyabrın 20-də 9 ölkədə satılmağa başlanacaq. Dekabrda isə yeni iPhone-ları 100-dən artıq ölkədə almaq olacaq.
Mənbə: Milli.Az

 

11 sentyabr 2013
GO BACK