Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 16-19°, gündüz 21-25° isti, Bakıda gecə 17-19°, gündüz 23-25° isti olacaq.
Atmosfer təzyiqi norma daxilində 761 millimetr civə sütunu, nisbi rütubət gecə 85-95 faiz, gündüz 65-75 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran və Bilgəhdə 21-22°, Zuğulba, Buzovna, Mərdəkan və Şüvəlanda 22-23°, Türkan, Hövsan, Şıx və Sahildə 23-24° isti olacaq.
Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 12-17°, gündüz 23-28° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında, əsasən, səhər və axşam yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 6-11°, gündüz 14-19° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında, əsasən, səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.
Temperaturun gecə 12-17°, gündüz 22-27° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Havanın temperaturunun gecə 10-15°, gündüz 18-23° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında ,əsasən, səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 15-20°, gündüz 23-28° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq.
Temperaturun gecə 16-19°, gündüz 20-25° isti, dağlarda gecə 8-13°, gündüz 14-19° isti olacağı gözlənilir.
Mənbə: Milli.az