Qadin.NET / Kukla teatrında “O olmasın, bu olsun”

Kukla teatrında “O olmasın, bu olsun”

 

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı sentyabr ayı üçün repertuarı açıqlayıb. Teatrdan Lent.az-a verilən məlumata görə, teatr aya Ə. Abbasovun “Şəngülüm, Şüngülüm”üylə başlayacaq. Bundan sonra balaca tamaşaçıları Ə. Orucun “Zınqırovlu pişik”, M. Seyidzadənin “Cırtdan” tamaşaları gözləyir. Nəhayət sentyabrın 18-də - Milli Musiqi Günündə balacalarımız Ü. Hacıbəylinin “O olmasın, bu olsun” tamaşasını izləyə bilərlər.

Ayın son on günlüyündə K. Ağayevanın “Göyçək Fatma”, K. Kollodinin “Pinokkionun sərgüzəştləri”, A. Lindqrenin “Karlson”, E. Baxışın “Məlikməmməd”, C. Rodarinin “Cipollino”, N. Kazımovun “Ələddin” tamaşalarına baxacaqlar.

Teatr rus dilli tamaşaçılarını da unutmayıb. Onlar bu ay rus dilində Ş.Perronun “Göy saqqal”, H. X. Andersenin “Nağıl haqqında nağıl”, T. Ağayevin “Qoçaq Əhməd”, K. Kollodinin “Pinokkionun sərgüzəştləri”, A. Lindqrenin “Karlson” tamaşalarını izləyə biləcəklər. 

 

Mənbə: Lent.az

10 sentyabr 2013
GO BACK