Qadin.NET / Avropalı parlamentari: "Ermənistan işğala son qoymalıdır"

Avropalı parlamentari: "Ermənistan işğala son qoymalıdır"

 

 

 

"Beynəlxalq ictimaiyyətin BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair 1993-cü ildə qəbul etdiyi qətnamələr vasitəsilə məsələyə münasibəti tam aydın ifadə olunub. Ermənistan işğala son qoymalı və əlbəttə ki, bunu qeyd-şərtsiz etməlidir. Bu mövqe beynəlxalq hüquqa uyğun olaraq tam dəstəyə layiqdir.
Trend-in məlumatına görə, belə bir bəyanatla Avropa Parlamentinin üzvü, Regional inkişaf və Petisiya komitələrinin üzvü Viktor Bostinaru Avropa Azərbaycan Cəmyyətinin (AAC) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair sorğusunu cavablandırarkən çıxış edib.
V.Bostinaru bəyanatında deyib: "Azərbaycan əhalisi 9 milyon olan bir ölkədir ki, bu əhalinin də bir milyonu məcburi köçkündür. Eləcə də ölkə ərazisinin beşdə biri işğal olunub. Bu rəqəmlər həyəcan təbili çalmaq üçün yetərlidir və geniş ictimaiyyətin bundan xəbəri yoxdur. Bu böyük yükün aradan qaldırılmasının həlli yolu yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə mümkündür.
Azərbaycan Avropa üçün yalnız enerji məsələlərində mühüm tərəfdaş deyil. Biz təhlükəsizlik siyasəti üzrə, terrorizmlə mübarizə kimi sahələrdə də yaxından əməkdaşlıq edirik. Mədəniyyət və təhsil sahəsində də əlaqələrimiz getdikcə möhkəmlənir. Bu baxımdan da Azərbaycanın öz legitim hüquqlarını əldə etmək haqqı tanınmalıdır".
O qeyd edib ki, sülh danışıqlarında durğunluq əslində böyük problemdir. Dağlıq Qarabağ və digər işğal altındakı ərazilər üzərində münaqişə 20 ildir ki, öz həllini tapmayıb:
"Eləcə də Cənubi Qafqaz Avropa üçün həm siyasi, həm də iqtisadi baxımdan mühüm qonşu regiondur. 2008-ci ildə Gürcüstanla Rusiya arasındakı münaqişə təhlükəsizlik şəraitinin necə sürətlə dəyişə biləcəyini göstərdi. Odur ki, sülh danışıqlarının faydalı nəticələrlə başa çatması Avropanın çox marağında olan məsələdir".

Mənbə: Milli.az

10 sentyabr 2013
GO BACK