Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov televiziyaya müsahibəsində bildirib. O, qeyd edib ki, yeni damazlıq düyələr ölkəyə sentyabrın sonlarından etibarən gətiriləcək və bu proses il ərzində davam edəcək. Şöbə müdirinin sözlərinə görə, iqlimə daha tez uyğunlaşmaları məqsədi ilə düyələr soyuq aylarda gətirilir. Belə olduqda onların qızdırma xəstəliyinə yoluxma ehtimalı da azalır.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Çingiz Fərəcov: “Azərbaycana 1200 başdan çox damazlıq düyə gətirilib. 3000 baş düyə də Macarıstan və Fransadan sentyabr ayından fevral ayınadək gətiriləcək. Fransadan “Şarole”, Macarıstandan isə “Simmental” və südlük istiqamətli “Holştin friz” cinsindən olan heyvanlar gətiriləcək”.
Mənbə:Milli.az