Qadin.NET / Beynəlxalq təşkilat: "Seçki prosesi Azərbaycanda seçkilərin Avropa standartlarına uyğun və şəffaf keçiriləcəyini sübut edir"

Beynəlxalq təşkilat: "Seçki prosesi Azərbaycanda seçkilərin Avropa standartlarına uyğun və şəffaf keçiriləcəyini sübut edir"

 


Bütövlükdə seçki prosesi Azərbaycanda seçkilərin Avropa standartlarına müvafiq və şəffaf keçiriləcəyini sübut edir.
Trend-in məlumatına görə, bu barədə Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin (ESİSC) hazırladığı analitik yazısında qeyd olunub.
Materialda ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT DTİHB) Ehtiyacların Qiymətləndirilməsi üzrə Missiya Hesabatında Azərbaycanın əleyhinə olan qərəzli məqamlara da aydınlıq gətirilib:
"Hazırki hesabatda göstərəcəyimiz kimi, ATƏT-in bu tənqidi qiymətləndirmələri reallığa uyğun gəlmir. Azərbaycanın öz demokratik prosesini möhkəmləndirmək məqsədilə xaricdən dərs götürməyə ehtiyacı yoxdur".
Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi məqalədə qeyd edir ki, bu günə kimi ATƏT-in hesabatlarında deyilir ki, "seçki Ermənistan ilə davam edən münaqişə şəraitində keçəcək və Azərbaycanın əhəmiyyətli hissəsinin işğal altında olması, çox sayda məcburi köçkünün olması seçkilərin idarəsini çətinləşdirir".
Sözügedən məqalədə qeyd olunur ki, qərəzsiz müşahidəçilər Azərbaycan hakimiyyətinin ATƏT-in tövsiyələrini yerinə yetirməyə hazır olmasını şübhə altına ala bilməz:
"ATƏT-in Seçkiləri Müşahidə Missiyası 2008-ci il prezident seçkiləri ilə bağlı 27 tövsiyə vermiş və onlardan 19-u artıq icra edilmiş və ya faktiki olaraq artıq tətbiq olunub".
Məqalədə, həmçinin bildirilir ki, elektron media tamamilə azaddır və adətən höküməyə qarşı kəskindir:
"Təəccüblüdür ki, ATƏT-in hesabatı Azərbaycanda mətbuat azadlığı məsələsini az inkişaf etmiş ölkə baxımından nəzərdən keçirir. KİV-in keyfiyyətinin Avropa İttifaqındakı kimi ən yaxşı yeni informasiya texnologiyaları ilə təmin edildiyini bilavasitə görmək imkanımız oldu".
Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi qeyd edir ki, 40-dan çox siyasi partiya mövcud hökumətə müxalifət mövqeyində dayanır.
"11 partiya, o cümlədən 8 müxalifət partiyası Milli Məclisdə 84 deputatla təmsil olunur. Yeni Azərbaycan Partiyası 71, Vətəndaş Həmrəyliyi Partiyası 3, Ana Vətən Partiyası 2, Sosial Rifah Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Birliyi Partiyası, Ədalət Partiyası, Ümid Partiyası, Azərbaycan Demokratik İslahatlar Partiyası və Azərbaycan Milli Dirçəliş Hərəkatı Partiyası hərəyə 1 deputat yerinə malikdir. Milli İstiqlal Partiyası, Kommunist Partiyası, Müsavat Partiyası, Müasir Müsavat Partiyası, Demokrat Partiyası, Demokratik Azərbaycan Dünyası Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası və Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyası kimi bir sıra müxalifət partiyaları fəaliyyət göstərir. Həmin partiyalar yerli hökumət səviyyəsində seçilmişlər və hazırda bələdiyyələrdə təmsil olunurlar".Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi sözügedən məqalədə qeyd edir ki, Azərbaycanın həm enerji resursları, həm də Rusiya, Türkiyə və İranla qonşuluq baxımından unikal geosiyasi mövqeyi bu ölkəni dünyanın böyük qüvvələri üçün əsas fikir obyektinə çevirir:

 

"Azərbaycanı Belarusa (EuFoA, 2011) və ya Əfqanıstan "Taliban"ına (EAFJD, 2009) bənzədib təcavüzkar avtoritar rejim kimi təsvir etmək Azərbaycana qarşı hücum etmək deməkdir".
Məqalədə vurğulanır ki, inkar etmək olmaz ki, Azərbaycan Respublikası Cənubi Qafqaz regionunda bir istisnadır və hətta bu bölgədə bir sira ölkələr və hökumətlərin model kimi istifadə edə biləcəyi düzgün idarəçilik nümunəsidir.

Mənbə:Milli.az

10 sentyabr 2013
GO BACK