Qadin.NET / YUNESKO-nun Baş Qərargahında "Arşın mal alan" operasının 100 illiyi qeyd olunacaq

YUNESKO-nun Baş Qərargahında "Arşın mal alan" operasının 100 illiyi qeyd olunacaq

 

 


YUNESKO-nun Baş Qərargahında 17 sentyabrda Türk Mədəniyyəti üzrə Beynəlxalq Təşkilatın (TÜRKSOY), eləcə də Azərbaycan və Qazaxıstanın YUNESKO-da Daimi Nümayəndəliklərinin birgə təşkilatçılığı ilə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Arşın mal alan" operasının 100 illiyinə həsr edilmiş bayram tədbirləri keçiriləcək.
Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edək ki, YUNESKO hələ 2011-ci ildə "Arşın mal alan" operasının 100 illiyini yubileylər siyahısına daxil edərək, onun beynəlxalq səviyyədə qeyd edilməsinə qoşulub.
Bayram tədbirləri çərçivəsində TÜRKSOY-un 20 illik fəaliyyəti və "Arşın mal alan" operasının yaradılmasını əks etdirən fotosərgi, həmçinin operaya aid tamaşa-konsertin keçirilməsi nəzərdə tutulub.
Tamaşa-konsertdə Qazaxıstanın Karaqanda simfonik orkestrinin müşayiəti ilə operanı Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası və Türkiyə artistləri ifa edəcəklər.

Mənbə:Milli.az

10 sentyabr 2013
GO BACK