Qadin.NET / Üzüm boldu, alıcı yoxdu

Üzüm boldu, alıcı yoxdu

 

 

 

 

 

Fermerlər yetişdirdikləri üzümün satışının zəif olduğunu bildirirlər

Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, 1 hektar üzüm bağının yetişdirilməsi sahibinə 1000 manata başa gəlir. Çəkilən xərclərin arasında dərman vasitələrinin alınması ilk pillədə qərarlaşıb. Şabran rayonunun qədim üzümçülük təsərrüfatlarının olduğu Aygünlü kəndində üzümün kütləvi yığımı başlamasa da, yerli sakinlər bəzi növlərin yetişdiyini bildirir. Məhsuldarlıq bol olsa da, alıcılıq qabiliyyətinin aşağı olması bağ sahiblərini ciddi narahat edir.
Bağ sahiblərini qayğılandıran digər məsələ dərmanların keyfiyyətsiz olmasıdır. Onlar bildirirlər ki, hazırda üzüm bağlarında xəstəliklər geniş yayılıb ki, bu da məhsulun xarab olması ilə nəticələnir.
Şabran rayon İcra hakimiyyətinin şöbə müdiri İlkin Ağayevin sözlərinə görə, rayon ərazisində 383 hektar üzüm bağı var. Artıq sahələrdə məhsul yığımına başlanılıb.
Sovet illərində Şabran rayonun Gəndob kəndində üzüm emalı zavodu fəaliyyət göstərdiyindən məhsulun satışında da problem olmayıb. Amma zavodun bağlanması fermerlərin müştəri bazarını da bağlayıb. O ki qaldı yetişdirilən üzümün soyuducu anbarlarda saxlanılmasına, sahibkarlar prosesin onlara baha başa gəldiyi qeyd etdilər.

Mənbə: Milli.Az

 

9 sentyabr 2013
GO BACK