Azərbaycan Nazirlər Kabineti "Azərbaycan Respublikasının xarici ölkədəki diplomatik nümayəndəliyinin tabeliyində olan mədəniyyət mərkəzi haqqında Əsasnamə"yə dəyişiklik edib.
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bu dəyişikliyə əsasən, mərkəzin direktoru və onunla birlikdə gedən arvadı (əri) ilə yanaşı, onun 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatmış əmək qabiliyyəti olmayan övladları da ezamiyyətdə olduğu müddətdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən diplomatik pasportla təmin olunurlar.
İndiyədək isə bu pasportla mərkəzin direktoru və onunla birlikdə gedən arvadı (əri) ilə yanaşı, onların 18 yaşına çatmış ərdə olmayan qızı da təmin olunurdular.
Yeni qərar bu il sentyabrın 1-dən qüvvəyə minir.
Mənbə: Trend .az