Qadin.NET / Təhsil üzrə Komissiya daha 79 namizədin xaricdə oxumasına razılıq verdi

Təhsil üzrə Komissiya daha 79 namizədin xaricdə oxumasına razılıq verdi

 

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş daha 79 namizəd barədə müsbət qərar qəbul edib.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu günə qədər Təhsil üzrə Komissiya tərəfindən 2013-2014-cü tədris ili üzrə Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş 231 namizəd barədə müsbət qərar qəbul edilib:
"Əminik ki, xaricdə təhsil alan tələbələr ölkəmizə qayıdaraq müxtəlif dövlət qurumlarında, beynəlxalq təşkilatlarda, bank-maliyyə sistemində, eləcə də özəl sektorda uğurla çalışacaq, Azərbaycanda idarəetmənin, mədəniyyətin, elmin, təhsilin və səhiyyənin inkişafının yeni bir mərhələyə keçidini təmin etmək vəzifəsini şərəflə yerinə yetirəcəklər".

Mənbə: Milli.Az

9 sentyabr 2013
GO BACK