Qadin.NET / Dünyaya yeni diktator gəldi

Dünyaya yeni diktator gəldi

 

 


Şimali Koreya Xalq Demokratik Respublikasının rəhbəri Kim Çen In ata olub. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə bu yaxınlarda Kim Çen Inın qonağı olan tanınmış basketbolçu Denis Rodman bildirib. Onun sözlərinə görə, Şimali Koreya liderinin qızını qucağında da tutub.
Qeyd edək ki, hələ 2012-ci ildə mətbuatda Kim Çen Inın həyat yoldaşı Li Sol Çjunun hamilə olduğu fotolar yayılmışdı. 
ABŞ-la Şimali Koreya arasındakı gərginliyə baxmayaraq, Denis Rodman bu ölkəyə səfər edib. Kim Çen In deyir ki, basketbolçu onu dost kimi ziyarət edir. Denis isə Şimali Koreya diktatorunu "Əla oğlan" adlandırır. 

Mənbə:Milli.az

9 sentyabr 2013
GO BACK