Qadin.NET / TQDK abituriyentlərə müraciət etdi

TQDK abituriyentlərə müraciət etdi

 

 


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) orta ixtisas təhsili müəssisələrinin boş qalmış plan yerlərinin müsabiqəsində iştirak etmək istəyən abituriyentlərə müraciət edib.
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müraciətdə bildirilir ki, 2013/2014-cü tədris ili üçün ümumi və tam orta təhsil bazalarında (9 və 11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalmış plan yerlərinin siyahısı, müsabiqə şərtləri və digər zəruri məlumatlar "Abituriyent" jurnalının xüsusi buraxılışlarında təqdim olunub.
Həmin jurnalları TQDK-nın inzibati binasının qarşısında yerləşən "Abituriyent" satış köşkündən, eyni zamanda Komissiyanın internet saytının müvafiq bölməsinə - http://www.tqdk.gov.az/ejurnal/ daxil olaraq elektron ödəmə etməklə əldə etmək mümkündür.

Mənbə:Milli.az

9 sentyabr 2013
GO BACK