Qadin.NET / 9 və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbul başlayıb

9 və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbul başlayıb

 

 


Bu gündən Azərbaycanda tam orta təhsil bazasında (11 illik) və ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başlayıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ixtisas seçimi sentyabrın 9-dan sentyabrın 12-dək internet vasitəsi ilə aparılır. Boş qalmış plan yerlərinin siyahısı "Abituriyent" jurnalının xüsusi buraxılışında təqdim olunub.
 11 illik təhsil bazasında orta ixtisas təhsili  müəssisələrinin boş qalan plan yerlərinə tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilmiş qəbul imtahanlarında topladığı bal 100-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.
 9 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə tələbə qəbulu müsabiqəsində isə ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə avqustun 25-də keçirilmiş qəbul imtahanlarında topladığı ümumi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. İmtahanın nəticələrinə görə orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş abituriyentlər müsabiqədə iştirak edə bilməzlər.

Mənbə:Milli.az

9 sentyabr 2013
GO BACK