Qadin.NET / Milli Məclis dövlət büdcəsini müzakirə edəcək

Milli Məclis dövlət büdcəsini müzakirə edəcək

 

Milli Məclis dövlət büdcəsini müzakirə edəcək


Azərbaycan Respublikasının Milli Məclisinin payız sessiyası sentyabrın 30-da öz işinə başlayacaqdır.
Bu barədə AzərTAc-a Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğluməlumat vermişdir.
A.Təvəkküloğlu demişdir ki, sentyabrın 15-dən komitələr fəaliyyətə başlayacaqlar. Komitələrdə Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq qanun layihələrinə baxılacaqdır.
Payız sessiyasında müzakirə ediləcək əsas sənədlərdən biri “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə paketinə daxil olan digər sənədlər olacaqdır. Bununla yanaşı, sessiya dövründə bir sıra qanunlara əlavələrin və dəyişikliklərin ediləcəyi, beynəlxalq sənədlərin təsdiqlənəcəyi də gözlənilir.

 


Mənbə: Milli.az

9 sentyabr 2013
GO BACK