Qadin.NET / ABŞ ərəb ölkələrindən dəstək istədi

ABŞ ərəb ölkələrindən dəstək istədi

 

ABŞ ərəb ölkələrindən dəstək istədi

 

ABŞ-ın dövlət katibi Con Kerri Suriyada keçiriləcək hərbi əməliyyatlara dəstək istəmək məqsədilə Parisdə bəzi ərəb ölkələrinin təmsilçiləri ilə görüşüb.Trend "Anadolu" agentliyinə istinadən məlumat verir ki, C.Kerri Parisdə ABŞ səfirliyində keçirilən görüşdə ölkəsinin Suriyaya qarşı hərbi əməliyyat aparmaq məsələsində qərarlı olduğunu deyərək ərəb ölkələrindən açıq dəstək istəyib.Görüşdə Ərəb Dövlətləri Liqasının üzvü olan 9 ölkənin xarici işlər naziri iştirak edib.C.Kerri bu toplantıdan əvvəl misirli həmkarı Nabil Fəhmi ilə də görüşüb.Dövlət katibi Əsəd rejiminin Suriya xalqına qarşı kimyəvi silahdan istifadə etdiyi əks olunan görüntüləri Konqres üzvlərinə təqdim etdiyini söyləyib. C.Kerri bildirib ki, bu görüntülər Dəməşq rejiminin Suriya xalqına qarşı kimyəvi silah tətbiq etdiyini açıq-aşkar göstərir.

Mənbə:Milli.az

9 sentyabr 2013
GO BACK