Qadin.NET / Hava haqqında - 09.09.2013

Hava haqqında - 09.09.2013

 

Hava haqqında - 09.09.2013
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Saniyədə10-15 metr sürətlə şimal-qərb küləyi əsəcək, gündüz arabir 18-23 metrədək güclənəcəkdir. Gecə 18-23°, gündüz 25-30° isti olacaq.
Bakıda gecə 20-22° , gündüz 27-29° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət 60-80 % təşkil edəcək.

Abşeron çimərliklərində
 dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24°, Türkan, Hövsan, Şıx, Sahildə 24-25° olacaq.
Naxçıvan Muxtar Respublikasında, əsasən, gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Saniyədə 5-10 metr sürətlə qərb küləyi əsəcək, arabir 15-20 metrədək güclənəcək.
Gecə 12-17°, gündüz 27-32° isti olacağı proqnozlaşdırılır.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında, əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq.
Saniyədə 5-10 metr sürətlə qərb küləyi əsəcək, arabir 18-23 metrədək güclənəcəkdir.
Havanın temperaturunun gecə 9-14°, gündüz 19-24° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
hava, əsasən, yağmursuz keçəcək. Gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Gecə 14-19°, gündüz 26-31° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında, əsasən, gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Havanın teperaturu gecə 14-19°, gündüz 23-28° isti olacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 17-22°, gündüz 28-33° isti olacağı proqnozlaşdırılır.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış yağacağı gözlənilir.
Gecə 19-22°, gündüz 25-30° isti, dağlarda gecə 12-17°, gündüz 20-25° isti olacaq.
Mənbə: Milli.az
9 sentyabr 2013
GO BACK