Qadin.NET / Günün ulduz falı - 09.09.2013

Günün ulduz falı - 09.09.2013

 

Günün ulduz falı - 09.09.2013
Qoç - kollektivdə qəfil yerdəyişmələr ola bilər. Tənha, tək qalmayın. 
Günün tədbirlərini elə planlaşdırın ki, sizə maraqlı olan insanların arasında ola biləsiniz.
Nə isə öyrənməyə, hərəkətdə olmağa, yeni planlar qurmağa çalışın.
Günün ikinci yarısında bir sıra daxili və xarici məhdudiyyətlər aradan qalxır. Son günlərədək aktivliyinizin qarşısını alan sədlər dağılır.
Sizə faydalı və maraqlı ola biləcək nəsnələri mövcud situasiyada sürətlə ayırd edərək seçin.
Ev işlərinə həddən ziyadə vaxt ayırmayın.
 
Buğa - maraqlı və qeyri-adi ideyalar yaranır. İşiniz üçün gərəkli yeniliklər, həmkarlarla davranış modelini düşünün. 
Qarşınıza qoyduğunu məqsədə çatmaq üçün əzmli davranın.
Ailə üzvləri və qohumların problemlərinin həllində aktiv iştirak edin. 
İşlər çox olarsa, onları bölüşə bilərsiniz. Problem və qayğılarınızı başqalarına yük etməyin.
Səhhətinizin qayğısına qalın, yetərincə istirahət etməyə çalışın.
 
Əkizlər - ciddi dəyişikliklərlə bağlı ümidlərinizin olduğu tədbirləri tələsdirməyin. 
Hadisələrin süni təkanlara ehtiyacı yoxdur. Axınla hərəkət edin, olayları sürətləndirməyin.
Yaşamınızın qlobal saydığınız problemləri əslində əhəmiyyətsiz çətinlik ola bilər.
Maddi perspektivlər, rahatlıq, işlərinizdəki rəvanlıq diqqət mərkəzində olmalıdır. 
Cari planlarınız bu dəyərlərə söykənir, miqyas dəyişir, imkanlar yaradır. 
Günün ikinci yarısında strateji məqsədi, hədəfi bəlirləyin. 
İş və münasibətlərin mənasını aydınlaşdırın. Hansısa söhbətə ehtiyac varsa, müvafiq şərait yaradın.
Köhnə problemlərin qəfil və orijinal həll yolları görünə bilər.
 
Xərçəng - hövsələsizlik və tələskənlik etməyin. Emosional və ya maliyyə maraqlarınızın olduğu sahələrdə sürətli, tələsik dəyişikliklərə ehtiyac yoxdur.
Sonradan təəssüf hissi yarada biləcək səhvə yol verməyin. 
Axınla gələn məlumatları dəyərləndirin.
Ətrafınızdakı insanlar sizə bəzi məqamlar barədə danışacaqlar. Faydalı informasiya ala bilərsiniz. Heç bir iş bu gün tam başa çatmayacaq.
Günün ikinci yarısında təcili gördüyünüz işləri sonradan yeniləmək və tamamlamaq gərək olacaq.
Axşam saatlarında ev işləri ilə məşğul olun, yaşam arealınızdakı durğunlaşmış enerjidən, köhnə anlamlar və emosiyalardan qurtulun.
 
Şir - dəvət aldığınız tədbirlərə qatılmaq üçün yaxşı gündür. Yaxın ətrafınızdakı insanlarla aktiv tərəfdaşlıq işinizin nəticəsini böyüdəcək, təəssüratları gücləndirəcək.
Alış-veriş etmək olar. Amma bədxərc davranmayın, heç bir zərurət duymadığınız əşya almayın.
Alış-veriş etmək olar. Dostlarla birlikdə istirahət və ya birgə iş könlünüzü aça bilər.
Sizi maraqlandıran məsələ ilə bağlı tərəfdaş, şərik və ya iş yoldaşı ilə danışın, razılaşmaya nail olun.
Günün ikinci yarısında alınan məlumatlar və yaranan ideyalar sizi bir qədər də aktivləşdirəcək.
 
Qız - maraqlarınızda zaotiklik, məqsəd seçimində tərəddüd yarana bilər. 
Fəaliyyətin ən ciddi və maraqlı saydığınız hissəsinə diqqət yetirin.
Faydsız illüziyalar və əsassız arzuları unudun. Real işlə məşğul olun.
İntuisiyanıza güvənin. Kiçik məsələlərə görə təlaşa düşməyin, soyuqqanlı olun, təmkinli davranın. Diqqətli olsanız, əlverişli situasiya yaranan kimi ondan bəhrələnə bilərsiniz. 
İntellektual ünsiyyət üçün yaxşı gündür. Danışıqda emosional maraqlar olarsa, vəziyyət çətinləşəcək.
 
Tərəzi - çətin və qarışıq gündür. Sosial təmaslar və şəxsi münasibətlərdəki ayinlər uğur verə bilər. Lakin daxili razılıq hissini yaşamağa hələ çox var.
Kölgədə qalmağa çalışaraq planlarınızdan birini inadla, bütün çətinliklərə rəğmən həyata keçirməyə çalışın. 
Günün ikinci yarısında təxirə salınmış işlərə qayıdın, onları yenidən dəyərləndirin. Real xeyir verə biləcək işi bitirin. Yaşam ortamı və çalışdığınız məkanda qayda yaradın. Faydalı və qeyri-adi tapıntılar istisna deyil.
Axşam saatlarını sevdiyiniz insanla keçirin.
 
Əqrəb - planların effekt verməyə biləcəyi gündür. Gözləntiləriniz doğrulmaya bilər. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün əlinizdən gələni edin. Lakin saatlar keçdikcə planlara düzəlişlər etməyə hazır olun. 
Mövqe və niyyətinizi yaxın ətrafınızdakı insanlara başa salın. Həssas, diqqətli, qayğıkeş olun. 
Ailə və şəxsi münasibətlərlə bağlı önəmli qərarlar qəbul etmək üçün yaxşı gündür. Görüşlərdən imtina etməyin, aktiv yazışın. Alınan məlumatlar yeni orientirlər seçməyə imkan verəcək.
 
Oxatan - enerjiniz çoxdur. Aktiv və təşəbbüskar olun. Çalışdığınız kollektivdə ümumi məqsəd və tapşırıqları müəyyənləşdirin, yükü planlaşdırın. Yeni orientirlər seçin. Yeni təkliflərin alınması, yeni ideyaların yaranması istisna deyil. 
Gərəkli informasiya axtarışı ilə məşğul olun, faydalı ola biləcək insanlarla əlaqələri bərpa edin. Xarici görünüşünüzün qeydinə qalın.
Aktiv ünsiyyət yeni perspektivlər üçün yaxşı stimuldur.
Şəxsi münasibətlərdə dəyişikliklər sizi sevindirəcək.
Maraqlı saydığınız insanlarla görüşmək üçün səbəb tapın.
 
Oğlaq - gündəmdə olan planların həyata keçirilməsi üçün əlverişli gündür. Prosesin ləngiməməsi üçün bütün detalları götür-qoy edin. Sonradan tələsik iş görmək istəmirsinizsə, sonucları və mümkün nəticələri indidən hesablayın. Eyni vaxtda bir neçə işə başlamayın. 
Davamlı, yetərincə dayanıqlı mənfəətə hesablanmış işlərlə fəaliyyətinizi məhdudlaşdırın. Sənədləşdirmədə mühüm təfərrüatları nəzərdən qaçırmamaq üçün diqqətli olun.
Alış-verişi sabaha qədər təxirə salın.
Şəxsi münasibətlər üçün neytral gündür. Əlahiddə gözlənti və ya planlar mənasızdır.
 
Dolça - faydalı fikirlər və ideyalar boldur. Lakin işlərin təşkilatı, diqqətin cəmlənməsi ilə bağlı problemlər ola bilər. Həddən artıq iş görməyə can atmayın. Yaşam və fəaliyyətin adi ritmini qoruyun. 
Yeni işə başlamaq niyyətiniz varsa, bu istiqamətdə ciddi səylərin tələb olunacağını bilin. Qüvvə, resurs, imkanlar və səylərin həcmini dəyərləndirin. Rəğbət hissinə, kimsənin sözlərinə inanmayın. 
Yeni iş və layihələrə yanaşma tərziniz düşünülmüş, praqmat olmalıdır.
Problemlərin həlli, zənglər, yazışmanı təxirə salmayın. Boş söhbətlər, şayiələr və dedi-qoduya fikir verməyin.
 
Balıqlar - bütün işləri istədiyiniz kimi görmək mümkün deyil. 
Şərait və ya tənbəlliyinizə etiraz edin. Bir işi seçin, nəticə sizi razı salana qədər çalışın. Mühafizəkar mövqe, inad və qətiyyət, işlərə təfərrüatlı yanaşma planlarda irəliləməyə, etibarlı tərəfdaşlardan dəstək almağa imkan verəcək.
Şübhələndiyiniz məsələlər sizi şirnikləndirməsin. Vədlərə və boş təkliflərə inanmayın. 
İndi məşğul olduğunuz məsələlərə maksimum diqqət yetirin.
Mənbə: Milli.az

 

9 sentyabr 2013
GO BACK