Qadin.NET / Obama Suriya məsələsində ABŞ ictimaiyyətini inandırmağa çalışdı

Obama Suriya məsələsində ABŞ ictimaiyyətini inandırmağa çalışdı

 


“Biz Amerika Birləşmiş Ştatlarıyıq. Suriyada baş verənlərə gözümüzü qapada bilmərik”. 

 

Anspress-in məlumatına bu sözləri ABŞ prezidenti Barak Obama xalqa həftəlik müraciətində bildirib. Suriyaya hərbi müdaxilə olunması ilə bağlı Konqresdən dəstək gözləyən Ağ Ev sahibi Suriyada mindən çox insanın ölümü ilə nəticələnmiş kimyəvi silah hücumunu XXI əsrin ən böyük faciəsi sayıb. 
Bəşər Əsəd rejiminin dinc insanlara qarşı kimyəvi silah tətbiqinin tək Suriyanın deyil, bütün bəşəriyyətin problemi olduğunu və bu hadisələrin ABŞ-ın milli təhlükəsizliyini təhdid etdiyini bildirib: “Bu səbəbdən ötən həftə ali baş komandan olaraq Suriyaya hərbi müdaxilə edilməsinin lazım olduğu qərarına gəldim. Bu asanca aldığım qərar deyildi. Hərbi qüvvələrdən istifadə edilməsi qərarı ölkə olaraq alacağımız ən ciddi qərardır". 
Suriyaya qarşı hərbi əməliyyatların məhdud xarakterli olacağını bildirən Obama ABŞ əsgərlərinin döyüş meydanına çıxmayacağını bəyan edib.
Mənbə:Milli.az
8 sentyabr 2013
GO BACK