Qadin.NET / Suriyadakı rusiyalılar təxliyyə olunurlar

Suriyadakı rusiyalılar təxliyyə olunurlar

 


Rusiya Fövqəladə Hallar Nazirliyi Suriyanı tərk etmək istəyən rusiyalılar üçün təyyarə göndərib. Trend RİA Novosti-yə istinadən məlumat verir ki, Bu barədə RF FHN-in rəsmi nümayəndəsi İrina Rossius bildirib.
Xanım Rossius deyib ki, bu gün səhər "İl-76" markalı təyyarə Latakiyaya uçub. Təyyarə Suriyadan bu ölkəni tərk etmək istəyən Rusiya, eləcə də bəzi MDB dövlətlərinin vətəndaşlarını götürəcək".

 

 Təyyarənin göyərtəsində uçuş zamanı sərnişinlərə kömək edəcək FHN-in operativ əməliyyat qrupu və psixoloqlar da var
Mənbə:Milli.az
8 sentyabr 2013
GO BACK