Qadin.NET / Düşmən ordusunun silahı susmur

Düşmən ordusunun silahı susmur

 

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutub.
 Ağdam rayonunun Şirvanlı, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Qorqan, Aşağı Seyidəhmədli və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.
Mənbə:Milli.az
8 sentyabr 2013
GO BACK