Qadin.NET / Misir ordusu məscidi hədəf aldı

Misir ordusu məscidi hədəf aldı

 


Misir ordusunun Sinay yarımadasının şimalındakı bölgələrə havadan və qurudan təşkil etdiyi hərbi əməliyyatlar nəticəsində 31 adam ölüb. Anspress-in Türkiyə mətbuatına istinadən məlumatına görə, Misir ordusu Əl-Ariş şəhərinin şərqində, Rifah və Şeyx Zuveyd şəhərlərinin cənubundakı bölgələrdəki silahlı qrupu zərərsizləşdirib. 

 

Hərbi əməliyyatlarda helikopterlərdən də istifadə olunub. Misir rəsmiləri Sinay yarımadasında keçirilən əməliyyatlarla bağlı heç bir məlumat verməyib. 
Ancaq bölgə əhalisinin verdiyi məlumatlara görə, son günlər aparılan əməliyyatlarda 1 məscid və 6 ev ziyan görub.
Mənbə:Milli.az
8 sentyabr 2013
GO BACK