Qadin.NET / Bu il Yevlax rayonundan ali məktəblərə 312 nəfər qəbul olub

Bu il Yevlax rayonundan ali məktəblərə 312 nəfər qəbul olub

 

 


Milli.Az EL TV-yə istinadən xəbər verir ki, ötən 5 illə müqayisədə, bu il Yevlax rayonundan ali məktəblərə daxil olanların sayında əsaslı artım olub. Belə ki, 700 məzun ali məktəbə qəbul olmaq üçün sənəd verib. Onlardan 312 nəfəri tələbə adını qazanıb ki, bunların da 145-i kənd məktəblərində təhsil alanlardır. 
Builki qəbul imtahanında rayon üzrə 21 abituriyent 500-dən, 7-i 600-dən yuxarı bal toplayaraq ölkənin ən aparıcı ali məktəblərinə daxil olub. Rayon üzrə ən yaxşı nəticəni 5
saylı orta məktəb göstərib. Məktəbin 27 məzunu tələbə adını qazanıb.
Xatırladaq ki, 2012-2013-cü tədris ilində Yevlaxda 1200 şagird orta məktəbi bitirib. Təhsildə xüsusi nailiyyətlərinə görə 1 nəfər qızıl medala layiq görülüb.

Mənbə:Milli.az

8 sentyabr 2013
GO BACK