Qadin.NET / Günün ulduz falı - 08.09.2013

Günün ulduz falı - 08.09.2013

 

Günün ulduz falı - 08.09.2013

 

Qoç - yaxın ətrafınızdakı insanlarla ünsiyyətdə həssas və diqqətli olun.
Onlar qələbələrinizi görmək istəmir, əməklərinizə görə mükafatlandırmaq fikrindən uzaqdırlar. Fəqət, nəyə layiq olduğunuzu bilirsiniz. Məqsədinizə mütləq şəkildə çatmağa çalışın.
İşdə rəhbərliklə fikir ayrılığı yarana bilər.
İdeyalarınızın layiqincə dəyərləndirilməsi üçün yaxşıca çalışmalısınız. Ağır işdən boyun qaçırmayın. Xoşagəlməz işləri təxirə salmayın.
Bu gün problemlərin öhdəsindən sürətlə gələ bilərsiniz.
Günün ikinci yarısında alış-veriş məsləhət deyil.
Lazım olmayan, ehtiyac duyulmayan əşyanı ala bilərsiniz. 
Xarici görünüşünüzlə eksperimentlər aparmayın. Nəticə gözləntilərinizi doğrultmayacaq.
 
Buğa - bu gün problemlər yaransa da, əhvalınızı pozmayın. İstənilən çətinliyi dəf edəcəyinizə əmin olun. 
Bu belədir. Nüfuzlu bədxahınızın planlarını alt-üst etmək üçün haqlarınızdan zərrə qədər geri çəkilməyin. Ləyaqətsiz insanın ləyaqətdən danışmasını gülünc saymaqla yanaşı, bu insanın sizi üstələməsinə şərait yaratmayın.
Maraqlı işgüzar təklifin alınması və ya sərfəli anlaşmanın razılaşdırılması istisna deyil.
Günün ikinci yarısında ətrafınızdakı insanlara həddən ziyadə tələbkar olmayın. Eqoist və təkəbbürlü davranmayın.
Axşam saatlarında istirahət edin.
 
Əkizlər - aktiv və məhsuldar şəkildə çalışın. Yaxınlarınızı da zəhmətkeş olmağa sövq edin. Lider məziyyətlərinizi nümayiş etdirin. Yerindən tərpənmək istəməyən insanları belə, hərəkətə gətirin.
Konfrans, seminar və treninqlərə qatılın.
Günün ikinci yarısında nüfuzlu və önəmli şəxslərlə görüş istisna deyil. Həmin adamların rəğbətini qazana bilərsiniz.
İstənilən formada sənədləşdirmə, habelə şəxsi münasibətlər zəminində etiraflar üçün əlverişli zamandır.
 
Xərçəng - yeni müttəfiq, həmfikir, planlarınızı reallaşdırmaqda sizə yardımçı olacaq insanları tapmaq üçün əlverişli zamandır. 
Bu şəxslər sonradan sizə dost ola bilərlər. Yaxın ətrafınızdakı insanların sizdən nə istədiklərini anlayın, orientir və prioritetləri dürüst müəyyənləşdirin.
Təsir altına düşməsəniz, kimsə əhvalınızı pozaraq hisslərinizi tarazlıqdan çıxara bilməz.
Günün ikinci yarısı peşə fəaliyyəti baxımından uğurludur.
Yeni tanışlıqlarda qarşılıqlı rəğbət hissi asanlıqla yaranır.
Əks cins mənsubunun məsləhətini dinləyin.
Soyuqqanlı davransanız, ciddi səhvlərə yol verməyəcəksiniz.
 
Şir - dostlar və etibarlı yoldaşlardan yararlanaraq istədiyinizə çata bilərsiniz. 
Ətrafınızdakı insanlara təsiriniz danılmazdır. Nüfuzunuz artır, müttəfiq və həmfikirləriniz çoxalır.
Yeni tanışlıqlar üçün əlverişli zamandır. Lakin romantik münasibətlərlə tələsməyin. 
Onlar ziddiyyətli və qarışıq olduğundan sevinc bəxş etməyəcək.
Maliyyə baxımından uğurlu gündür. Sizi iri məbləğdə gəlir, sərfəli anlaşma və ya sövdələşmə gözləyir.
Pulu xırda işlərə və ucuz əşyalara sərf etməyin.
Bu gün alınan məişət texnikası keyfiyyətli olacaq.
 
Qız - niyyət və istəklərinizin əsiri olmayın. Bu arzular mənasız və əsassızdır. 
Çevik olun, güzəştə gedin, ciddi səhvlərə yol verib düşmən qazanmayın.
İşgüzar aktivlik səviyyəsi aşağı düşməsin. Diqqət tələb edən işlərlə məşğul olun. Anlaşma və müqavilələri tələsik imzalamayın. Bütün şərtləri öyrənməmiş sənədlərə qol çəkməyin. 
Dostlar və qohumlara verilmiş vədlərə əməl edin. Belə davranmasanız, irad və inciliklərin sonu olmayacaq.
Alış-veriş üçün əlverişli gün deyil. Ehtiyac duymadığınız əşyaya baha qiymət ödəməyin.
 
Tərəzi - nikbin olun, amma yaranan çətinliklərə fikir verin, sizi ehtiyatlı davranmağa çağıran insanların məsləhətlərinə qulaq asın. Yerinə yetirməyəcəyiniz vədlər verməyin, öhdəliklər götürməyin. 
Söz verəndə bunun sonradan nə kimi sonuclar verəcəyini düşünün. İşgüzar danışıqlar və səfərlər üçün əlverişli zaman deyil. 
Danışıqları yaxşı bələd olduğunuz məkanda aparın. Kulinar eksperimentlərə varmayın, şübhəli restoran və ya kafedə yemək yeməyin.
Qida zəhərlənməsi riski var.
Günün ikinci yarısında başlamaq istədiyiniz layihənin perspektivləri şübhəlidir. Unutmayın ki, ideyanı reallaşdırmaq düşündüyünüzdən də çətindir. Yardıma ehtiyacınız var.
 
Əqrəb - emosiyalar və hisslərin təsiri altına düşməyin. Sonradan sizi təəssüfləndirə biləcək addımlar atmayın. 
Aqressiv və qıcıqlı, hirsli davranış çıxış yolu deyil. İşdə rəhbərliklə, fəaliyyətinizdə qarşılaşdığınız ünfuzlu insanlarla ünsiyyətdə soyuqqanlı olun.
Ciddi və uzunmüddətli münaqişəyə səbəb olacaq mübahisənin təşəbbüskarı olmayın.
Yaxşı tanımadığınız insanlarla görüşdə iradlarla qarşılaşmamaq üçün həssas və diqqətli davranın.
Qısqanclıq hissi sevdiyiniz insanla münasibətlərinizi soyuda bilər. İddialarınızın nə qədər əsaslı olduğunu düşünün.
 
Oxatan - baş verən hadisələrin məcra və istiqamətlərinə rəğmən səbrli, təmkinli olun. Günün hadisələri ətrafınızdakı insanlara təsir bağışladığı qədər önəmli deyil. Dost və yaxınlarınızı dəstəkləyin, onlara həyan olun. Yardıma ehtiyacı olanlara kömək edin.
Fəqət yardımlar uzun-uzadı olmamalı, bütün qüvvə və vaxtınızı almamalıdır.
İşgüzar təmaslar və əlaqələr üçün əlverişli zamandır. 
Alış-verişə can atmayın. Şübhəli keyfiyyətə malik əşyalara böyük məbləğdə pul xərcləyib israfçılıq edə bilərsiniz.
 
Oğlaq - çətin, qarışıq, laübəli gündür. Qurduğunuz planlar reallaşmaya bilər. 
İşdə rəhbərlik sizi sərt tənqid edir. Müttəfiqlərlə münasibətlərdə problemlər yaranır. Yaxın ətrafınızdakı insanlar sizə ötənlərin xoşagəlməz hadisələrini xatırladırlar. Təbii ki, bütün bunlar konstruktiv olaylar, yaxşı hadisələr deyil.
Təşkilati məsələlərin həllində, sənədləşdirmədə problemlər yarana bilər.
Günün ikinci yarısında maliyyə fornu uğurlu deyil. Böyük xərclər istisna deyil. 
Gəlir yoxdur. Romantik tanışlıqlarla ehtiyatlı olun. Sizə əsla uyğun gəlməyən insanın şirin dilinə aldanmayın.
 
Dolça - yaranan problemləri həll edərkən yeni çətinliklərin formalaşmasına rəvac verməyin. 
Dediklərinizə və etdiklərinizin mahiyyətinə varmadan impulsiv davranmayın. Belə hərəkətlər həmkarlar və dostlarla münaqişəyə səbəb ola bilər. Bədxahlarla rəqiblər haqqınızda hədyanlarla şayiələr yayırlar. 
Təlaşa düşməyin, təşvişə qapılmayın. İnamla çalışın, qətiyyətlə irəliləyin. Sevdiyiniz insana sürpriz edin.
Axşam saatlarını sakit keçirin. Yaşam potensialı səviyyəniz aşağıdır. İstirahət etməli, qüvvənizi bərpa etməlisiniz.
 
Balıqlar - sadə, asan, rahat gündür. Qarşınıza qoyduğunuz məqsədə çata bilərsiniz. 
İşlərə təşəbbüs, şövqlə, can-başla başlayın. Ciddi səhvlərə yol verməməyə, işdə rəhbərliyi və ya özəl biznesdə sifarişçini narazı salmamağa çalışın. 
Dostluq münasibətində olduğunuz insanlar sizə peşəkar yardım etməklə yanaşı, konkret işdə dəstək verə bilərlər.
İmkanlardan yararlanmaq şansını əldən verməyin.
Mənbə: Milli.az
8 sentyabr 2013
GO BACK