Qadin.NET / "Vəba günlərində eşq"

"Vəba günlərində eşq"

 

 

Xaçmaz “Book club”çılarının növbəti kitab müzakirəsi.
Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, Xaçmazda yaradılan “Book club” (kitab klubu) üzvləri Nobel mükafatlı, Kolumbiyalı yazıçı Qabriel Qarsia Markesin “Vəba günlərində eşq” romanını müzakirə ediblər. Oxucular tərəfindən birmənalı qarşılanmayan yazıçının sözügedən əsəri haqqında klub üzvlərinin fikirləri də müxtəlif olub.

Əksər üzvlər əsərdə bəyənmədikləri məqam kimi romanın bəzi hissələrinin yoruculuğunu və Markesin yazı üslubunun qəlizliyini vurğulayıblar. Digər üzvlər isə Markesin fərqli təsvir üslubunu və romanın maraqlı sujet xəttini yüksək qiymətləndiriblər.

Qeyd edək ki, klub üzvlərinə kitablar “Əli və Nino” kitab dükanları şəbəkəsi tərəfindən pulsuz göndərilir. Üzvlər müzakirəyə çıxarılacaq kitabı 10-15 gün ərzində oxuyur və birlikdə həmin əsər haqqında fikirlərini bölüşürlər. Müzakirələr RTV-nin “Yeni səhifə” ədəbi verilişinin “Kitab klubu” rubrikasında efirə yayımlanacaq.

Xaçmazda "Kitab klubu" 2012-ci ildə yaradılıb. Məqsəd gənclərə mütaliənin əhəmiyyətindən yararlanması üçün şərait yaratmaq və cəmiyyətdə kitaba marağı artırmaqdır.

Mənbə: Milli.az

 

7 sentyabr 2013
GO BACK