Qadin.NET / 3 gündə 30 körpə öldü

3 gündə 30 körpə öldü

 

 

Hindistanın Kəlküttə şəhər xəstəxanasının rəhbərliyi, ölən körpələrin son dərəcə çətin şərtlərdə xəstəxanaya qəbul edildiyini deyib
Hindistanın Qərbi Benqal əyalətinin paytaxtı Kəlküttə şəhər xəstəxanasında son üç gündə 30 körpə öldü.

Anspress-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, xəstəxana rəhbərliyi ölən körpələrin son dərəcə çətin şərtlərdə xəstəxanaya qəbul edildiyini deyib.

Son məlumata görə, sonuncu dəfə 2011-ci ildə həmin xəstəxanada 2 gündə 18 körpə ölüb.

Mənbə: Milli.Az

 

7 sentyabr 2013
GO BACK