Qadin.NET / Ketrin Eşton: "Qərb ölkələri qısa müddətdə İranla danışıqlar masası arxasına oturmağın tərəfdarıdır"

Ketrin Eşton: "Qərb ölkələri qısa müddətdə İranla danışıqlar masası arxasına oturmağın tərəfdarıdır"

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton bildirib.
AB rəsmisi İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə keçirəcəyi görüşdən böyük gözləntiləri olduğunu deyib: “Görüşdə İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələrinin yeri və tarixinin müəyyənləşdiriləcəyinə ümid edirəm”.
Qeyd edək ki, sentyabrın 6-da K.Eşton və M.Zərif arasında baş tutmuş telefon danışığı zamanı BMT Baş Assambleyası çərçivəsində ikitərəfli görüşün keçirilməsi ilə bağlı razılaşma əldə olunub.

Mənbə:Milli.az

7 sentyabr 2013
GO BACK