Qadin.NET / Almanlar ispanları darmadağın etdi, yığmamız xorvatlara uduzdu

Almanlar ispanları darmadağın etdi, yığmamız xorvatlara uduzdu

 

 

Almaniya və İsveçrədə keçirilən qadın voleybolçular arasında Avropa çempionatı sensasiya ilə başlayıb. Apasport.az saytının məlumatına görə, yarışın ilk turu son qitə çempionu Serbiya millisinin məğlubiyyəti ilə əlamətdar olub. 2011-ci ildə çempion titulunu qazanan balkanlılar Bolqarıstanla görüşdən məğlub ayrılıblar – 2:3.
16 komandanın iştirak etdiyi yarışın ilk günündə Azərbaycan yığması da Xorvatiyaya 3 setdə uduzub. Millimizin oynadığı C qrupunda baş tutan digər görüşdə isə Rusiya Belarusdan üstün olub. Azərbaycan azarkeşlərinin simpatiyasını qazanan Türkiyə millisi isə ilk matçında çətin qələbə əldə edə bilib.

A qrupu
Almaniya – İspaniya – 3:0
Hollandiya - Türkiyə - 2:3


B qrupu
İtaliya – İsveçrə - 3:0
Fransa – Belçika – 1:3


C qrupu
Belarus - Rusiya – 1:3
Azərbaycan – Xorvatiya – 0:3


D qrupu
Serbiya – Bolqarıstan – 2:3
Çexiya – Polşa – 3:2

Mənbə:Milli.az

7 sentyabr 2013
GO BACK